İsrail ordusuna qarşı araşdırma başladı

13:00 | 24.05.2018
İsrail ordusuna qarşı araşdırma başladı

İsrail ordusuna qarşı araşdırma başladı

Beynəlxalq Cinayət Məhkəməsi Fələstinin müraciətindən sonra Qüds və Qəzzada yaşanan qətliama dair ilkin araşdırma başladıb.

Axar.az xəbər verir ki, bu barədə BCM-in Baş prokuroru Fator Bensuda danışıb.

"Əgər mənə verilən sənəddə araşdırma dəyəri daşıyan məlumatlar görsəm, tədqiqat başladılmasına qərar verəcəyəm. O zaman araşdırma başladılması üçün prokurorun məhkəmədən icazə almasına ehtiyac olmayacaq”, - Bensuda bildirib.

Məsələni qiymətləndirən türkiyəli professor Kamal İnad hadisələrdə iştirak edən əsgərlərin mühakimə oluna biləcəyini deyib:

"İsrail təşkilatı tanımasa belə, Fələstin BCM üzvüdür. Məhkəmənin müqaviləsinə əsasən, bir ölkə BCM-in mühakimə hüququnu tanımasa belə, tanıyan bir başqa ölkə torpaqlarında işlənən bir cinayətə qarışarsa, BCM-də ittiham oluna bilər. Dolayı yolla desək, fələstinli sivillərə qarşı işlədikləri cinayət əməllərinə görə İsrail əsgərləri cəzalandırıla bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb