Jamiroquai Bakıda konsert verəcək

13:00 | 09.02.2018
Jamiroquai Bakıda konsert verəcək

Jamiroquai Bakıda konsert verəcək

Dünya şöhrətli Britaniya musiqi qrupu "Jamiroquai” Bakıda keçirilən Formula-1 yarışlarının həftəsonu konsertində çıxış edəcək.

Anews.az xəbər verir ki, "Jamiroquai” qrupunun konserti apreldə keçiriləcək Azərbaycan Qran-Prisi çərçivəsində baş tutacaq.

"Baku City Circuit” marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai bu xəbəri nə təsdiq, nə də inkar edib.

Qeyd edək ki, bu ildən etibarən məşhur ifaçıların konsertləri "Baku Crystall Hall”da keçiriləcək.

"Jamiroquai” – Britaniya caz-fankının və 90-cı illərin eyşi-cazının parlaq nümayəndələridir.

Vokalist və mahnıların müəllifi olan Cey Keyin başçılıq etdiyi qrup öz karyerası ərzində səkkiz albom buraxıb. Albomların dünyada 30 milyondan çox nüsxəsi satılıb. Qrup çoxsaylı musiqi mükafatlarının, o cümlədən Qremmi və MTV (4-qat) mükafatlarının laureatıdır.

 Qeyd edək ki, yarış 27-29 aprel tarixlərində keçiriləcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM