Kadırov Həbibə maşın, atasına fəxri ad verdi

07:47 | 12.10.2018
Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında İrlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

"Qafqazinfo” "Gazet.ru”ya istinadən xəbər verir ki, Kadırov hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov fondu adından bağışlayıb.

Bundan başqa, Həbibin atası məşqçisi Əbdülmanap Nurməhəmmədova "Çeçenistanın Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.

Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbibə "Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib.

www.anews.az