Kadırovdan Qərbə: Rusiya qılıncından ölənlər...

13:14 | 22.06.2018
Kadırovdan Qərbə: Rusiya qılıncından ölənlər...

Kadırovdan Qərbə: Rusiya qılıncından ölənlər...

Nasist Almaniyasının səhvləri təkrar edilməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

"Alman diviziyaları həqiqətən Leninqrad, Moskva və Stalinqradın qarşısında dayanırdılar. Hitler rus dili və rus tarixi ilə tanış deyildi. Əks təqdirdə fransızlar, isveçlilər, polyaklar və digərlərinin getdiyi yolla gedib, öz həyat yolunu onlar kimi biabırçı şəkildə bitirib-bitirməmək haqqında düşünərdi.

Hitler tarixi bilmirdi, amma bizim ölkənin ünvanına təhdidlər səsləndirməyi sevən müasir siyasətçilər keçən əsrlərin tarixi ilə dərindən tanış olmalıdırlar ki, əcdadlarının səhvlərini təkrar etməsinlər. Əks təqdirdə onların adı Rusiyaya qılınc qaldıran və Rusiya qılıncından ölənlərin siyahısına düşəcək”, – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb