Səudiyyə Ərəbistanında Camal Kaşıkçı cinayət işini aparan prokuror Saud al-Mojeb qətldə ittiham edilərək saxlanılan 11 şübhəlidən beşinin edamını istəyib.
Prokuror C.Kaşıkçının ölümündə boğuşma, öldürücü dozada dərman verilməsi faktlarının olduğunu, daha sonra cəsədin parçalara ayrılaraq Konsulluqdan çıxarıldığını vurğulayıb.
O bildirib ki, Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalist öldürülüb.
Xatırladaq ki, "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb./oxu.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !