Keçmiş nazirdən evinin yanması xəbərinə - Reaksiya

16:49 | 20.02.2018
Keçmiş nazirdən evinin yanması xəbərinə - Reaksiya

Keçmiş nazirdən evinin yanması xəbərinə - Reaksiya

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Ziya Məmmədov Sfera.az-a müsahibəsində söyləyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:

"Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil”.

Ziya Məmmədov evinin yanması barədə yalan yazan jurnalistləri də qınayıb: "Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb