Kəndlilərin canına və malına qənim kəsilən canavarlar - VİDEO

22:00 | 21.02.2019
Kəndlilərin canına və malına qənim kəsilən canavarlar - VİDEO

Kəndlilərin canına və malına qənim kəsilən canavarlar - VİDEO

Son zamanlar ayrı-ayrı bölgələrdə canavarların insanlara və onların təsərrüfatlarına hücumu ilə bağlı məlumatlara rast gəlirik.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, havaların soyuq keçməsi ilə əlaqədar kənd yerlərinə hücum etmək istəyən canavarların sayı artıb. Sakinlər meşələrdən qaçan heyvanların onların evlərinə, şəxsi təsərrüfatlarına, mal-qaralarına ziyan vurmasından şikayətlənirlər. Yerli sakinləri ən çox narahat edən məqam isə, canvarların quduz olma ehtimalıdır.

Sakin: "Təmas xətti olduğu üçün burada çaqqal və canavarlar tez-tez görünür. İnsana və heyvana hücum edir”.

Sakin: "Heyvanımıza zərər verir. Kənd camaatı ilə birgə köməkləşib qovuruq gedirlər”.

Goranboyun Boluslu və Eyvazlılar kəndinə canavarların hücum edərək qoyunları parçalaması isə vəziyyəti bir qədər dəyişib. Ekologiya və Təbii Sərvatlər Nazirliyi bununla bağlı işçi qrupu yaradılıb.

Hikmət Əlizadə - ETSN-nin nümayəndəsi: "Vəhşi heyvanların ərazidən qovulması üçün müxtəlif üsullardan istifadə edərək uzaqlaşdırmaq və yaxud ehtiyac olarsa, kənd ərzailərində həmin heyvanların sayının tənzimlənməsi həyata keçiriləcək”.
Ekoloqlar isə canavarları öldürərək təbiətdən kənarlaşdırmağı düzgün hesab etmirlər.

Onların fikrincə, canavarlar nəsli kəsilməkdə olan heyvan növünə daxildir. Hətta ötən illə müqayisədə canavarların sayının kəskin azalması halları da müşahidə olunur.

Sakit Hüseynov – Ekoloq: "Bütün bioloji müxtəliflik qorunmalıdır. Əvvəlki illərlə müqayisədə planetimizdə bioloji müxtəliflik azalır. İstər bitki, istər heyvanat aləmini qorumaq lazımdır”.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən Avropada vəhşi təbiətin qorunması konvensiyasının üzvüdür. Həmin konvensiyaya görə, canavarların ovlanması qanun pozuntusu hesab edilir. Və inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə tətbiq edilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM