Kərəm Həsənov nazir oldu, yoxsa... Rəsmi

10:35 | 23.04.2018
Kərəm Həsənov nazir oldu, yoxsa... – Rəsmi

Kərəm Həsənov nazir oldu, yoxsa... Rəsmi

Əmlak Məsələləri Dövlət Komitəsindən qurumun sədr əvəzi Kərəm Həsənovla bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Anews.az xəbər verir ki, Komitədən Report-a verilən açıqlamada hazırda Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsini Kərəm Həsənovun icra etdiyi bildirilib.

Qeyd edək ki, ötən gün Kərəm Həsənovun Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təsdiqləndiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, bu barədə Prezident sərəncamı qısa müddətdə yayılacaq.

Bu gün isə K.Həsənovun vəzifədən azad edildiyi və Səhiyyə naziri təyin edildiyi haqda məlumat yayılıb.

Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Kabinetin yeni tərkibində K.Həsənovun adı yer almayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb