Bu ilin avqustunda Şimali Koreyada amnistiya gözlənilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Amnistiya sentyabrın 9-da qeyd olunacaq ölkənin yaradılmasının 70 illiyinə həsr olunub.
Amnistiya ölkəyə və xalqa qarşı cinayət törədən şəxslərə aid ediləcək və avqustun 1-də başlayacaq.
Sonuncu dəfə KXDR 3 il əvvəl amnistiya keçirib. O zaman bu, Koreya yarımadasının Yaponiyanın müstəmləkəçiliyindən azad olunmasının 70 illiyi münasibəti ilə təşkil olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !