Kiyev MDB-dən gedir

16:30 | 23.05.2018
Kiyev MDB-dən gedir

Kiyev MDB-dən gedir

Ukrayna və Azərbaycan arasında 133 ikitərəfli razılaşma var. 

Bu, Oxu.Az-ın Ukraynanın MDB-dən çıxmasından sonra Bakı və Kiyev arasında gələcək münasibətlərlə bağlı sorğusuna ukraynanın Azərbaycandakı səfirliyinin cavabında yer alıb. 

"Ukraynanın MDB-dən çıxması iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək. 

Bundan başqa, biz Bakı ilə münasibətlərdə yeni perspektivləri inkişaf etdiririk”, - səfirliyin məlumatında deyilir. 

Səfirliyin mətbuat xidmətindən bildirilib ki, Ukrayna və Azərbaycan arasında 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilən vizasız rejim Kiyevin MDB-ni tərk etməsindən sonra da qüvvədə qalacaq. 

Ukrayna MDB çərçivəsində bağladığı bir neçə müqavilədən çıxmaqla bağlı qərar qəbul edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb