Kliniki ölüm keçirən aktyor o dünyanın rəsmlərini çəkdi – FOTOLAR

19:52 | 01.08.2018
Kliniki ölüm keçirən aktyor  o dünyanın rəsmlərini çəkdi – FOTOLAR

Kliniki ölüm keçirən aktyor o dünyanın rəsmlərini çəkdi – FOTOLAR

60 yaşlı aktyor Şiv Qreuol Britaniyanın "Royal Shakespeare Company” teatr şirkətində işləyir.

Anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, aktyor 2013-cü ildə infakrt keçirib və 7 dəqiqə kliniki ölüm vəziyyətində olub. Bu zaman həkimlər onu həyata qaytarmağa çalışıblar. 7 dəqiqədən sonra aktyorun ürəyi döyünməyə başlayıb. Bundan sonra Şiv bir ay koma vəziyyətində qalıb. Həkimlər oksigen çatışmazlığına görə beyinin zərər görəcəyindən ehtiyat edirdilər.

Özünə gələn aktyor bildirib ki, kosmik səfərdə olub. Bundan sonra Şiv o dünyada gördüklərini kağıza köçürməyə başlayıb.

2013-cü ilin 9 fevral tarixində Şiv səhnədə çıxış edib. Sonra evə gələrək arvadı Elison ilə restoranda şam yeməyi yeyib. Evə qayıtdıqdan sonra özünü pis hiss edib və yerə yıxılıb:

"Mənim ürəyimin döyüntüsü dayandı və bir boşluğa düşdüm. Amma emosiya və hissiyatım yox idi. Mən başa düşürdüm ki, ölmüşəm, eyni zamanda evə qayıtmağa şansım olduğunu da anlayırdım. Eyni zamanda dərk edirdim ki, başqa dünyaya düşə bilərəm. Amma bunu istəmirdim. Sadəcə həyata qayıtmaq, dünyama dönmək istəyirdim. Mən xahiş etdim ki, məni geri qaytarsınlar və arzumu reallaşdırdılar”.

Şivin rəsmlərində abstrakt parlaq xətlər və anlaşılmaz fiqurlar var. O, bildirir ki, kosmik səfər zamanı bədənini hiss etməyib və balıq suda üzən kimi uçub: "Bir anlıq Aya səfər etdim və meteoritləri, kosmik məkanı gördüm”.

"Mən orada olanda mənə bir çox imkan təklif etdilər. Mən istənilən variantı seçə bilərdim. Mən heç nə istəmədim və başa saldım ki, öz dünyama, bədənimə və arvadıma qayıtmaq istəyirəm”, – deyə aktyor əlavə edib.

Baş verənlərdən sonra Şiv axirət dünyasına inanmağa başlayıb və ölümdən qorxmur.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM