Komitə sədri: “Bu mollalar insanları aldadır”

13:28 | 24.05.2018
Komitə sədri: “Bu mollalar insanları aldadır”

Komitə sədri: “Bu mollalar insanları aldadır”

"Ayinləri qeyri-qanuni şəkildə icra etmək qəti qadağandır. Din xadiminin təhsili olmalıdır. Bu cür şəxslər insanları aldadaraq qeyri-qanuni kəbin kəsirlər. Ara mollaları bəzən azyaşlıların dini nikahını edirlər. Bəziləri artıq bununla bağlı cinayət məsuliyyətinə cəlb edilib".

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, bildirib ki, ara mollaları bəzən insanları aldadaraq falçılıq edirlər.

"Quranla fala baxmaq günahdır və orada olan ayənin əleyhinə getmək deməkdir. Din sahəsində təkmil sistem yaradırıq. Din sahəsində bütün idarəçiliyimiz bu sistem şəklində olmalıdır. İlahiyyat İnstitutu bu məqsədlə yaradılıb. Gələcəkdə institutda təkcə müsəlman kadrlar yox, yəhudi, xristian və digər dini konfensiyalara aid kadrlar da hazırlanacaq".

M.Qurbanlı Ramazan ayında azanların müxtəlif vaxtlarda səsləndirməsi məsələsinə də toxunub. O, bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminindən kənara çıxan məscidlər olduqda məlumat verilir. "Belə olarsa bizim yerlərdəki nümayəndələrimiz həmin məscidə gedir və oradakı imam və ya imam-naibə xəbərdarlıq edirlər. Onlar haqqında ciddi tədbirlər görülə və cəzalandırıla bilərlər".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti