Komitə sədrindən xəbərdarlıq

12:14 | 24.05.2018
Komitə sədrindən xəbərdarlıq

Komitə sədrindən xəbərdarlıq

Ramazan ayında məscidlərdə azanın fərqli saatlarda səslənməsi ilə bağlı bizə bu günə qədər müraciət daxil olmayıb.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərəfindən təsdiq edilən təqvim var:

"Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Bu hallar təkrar olunarsa, onlar barəsində ciddi tədbirlər görüləcək".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM