Britaniya kral ailəsinin yeni gəlini aktrisa Meqan Markl kraliça Yelizavetanın tapşırığı ilə 6 aylıq kurs keçəcək.
Kult.az xəbər verir ki, bu barədə "Kosmopolitan” dərgisi məlumat yayıb. Kraliçanın köməkçisi Samanta Kohen Meqana şahzadə olmaq üçün vacib olan hər şeyi öyrədəcək. Bunun üçün Samanta cütlüyün yaşadığı Kensinqton sarayına yollanıb.
S.Kohenin sözlərinə görə, sarayda yemək, yatıb-durmaq və düzgün geyinmək kimi əməl olunmalı bir sıra qaydalar var.
Qeyd edək ki, mayın 19-da Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklın toy mərasimi baş tutub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !