Kreml İrəvandan niyə bezib? – Bakıya diqqət artır

09:31 | 23.06.2018
Kreml İrəvandan niyə bezib? – Bakıya diqqət artır

Kreml İrəvandan niyə bezib? – Bakıya diqqət artır

Rusiya açıq bəyan etməsə də, öz siyasətində Azərbaycana xüsusi önəm verir.

Bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistandan fərqli olaraq, Azərbaycana daha modernləşdirilmiş silahlar təklif etməsi İrəvanı əməlli-başlı narahat edir:

"Bildiyiniz kimi, indiki şəraitdə hər nə qədər mümkünsüz görünsə də, Ermənistan Rusiyadan Su-30SM təyyarələrini almağa hazırlaşır. İşğalçı bunlarla ölkəmizə qarşı heç bir təhlükə törədə bilməyəcək. Çünki Bakı həmin modifikasiyanın daha müasir variantını almaqda israrlıdır. Təbii ki, söhbət Su-35-lərdən gedir. Ümumiyyətlə, Rusiya Ermənistandan fərqli olaraq, Azərbaycana sözügedən texnikanın yeni modifikasiyasını təklif edə bilər. Bu məsələ artıq Ermənistanda müzakirə mövzularından biridir. Azərbaycanın Rusiya ilə uzunmüddətli hərbi əməkdaşlıq sazişi var. Digər tərəfdən Azərbaycan üçüncü dövlətə heç bir təhlükə törətmir. Məqsədimiz sadəcə öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bunu anlayan və Azərbaycanı adekvat bir şəkildə başa düşən Rusiya elitası açıq bəyan etməsə də, öz siyasətində Azərbaycana xüsusi önəm verir. Bəzi narazılıqlar olsa da, Bakı Moskvaya problemlər törətmir. Ermənistan isə daim müttəfiqini bəlalara düçar edir və Bakıya daha yeni silahlar verməkdə günahlandırır, həmçinin maddi yardım və kreditlər tələb edir. İrəvanın bu tip davranışlar sərgiləməsi artıq Moskvanı və rus siyasi elitasını sözün əsil mənasında bezdirib”.

Qeyd edək ki, Ermənistan Su-30SM təyyarələrini almaq üçün 2012-ci ildə yarımçıq saxladığı müzakirələri yenidən aktivləşdirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb