Lerikdə antik dövrə aid qəbiristanlıq və yaşayış yeri aşkarlandı - FOTO

17:20 | 08.08.2017
Lerikdə antik dövrə aid qəbiristanlıq və yaşayış yeri aşkarlandı - FOTO

Lerikdə antik dövrə aid qəbiristanlıq və yaşayış yeri aşkarlandı - FOTO

Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb.

anews.az-ın Report-a istinadla məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri rayonun Gürdəsər kəndi ərazisində apardıqları tədqiqat işləri zamanı eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlayıb.

AMEA AEİ-nin aparıcı elmi işçisi Ceyhun Eminli altı ildir ərazidə antik dövrə aid qəbiristanlıqda tədqiqat işləri apardıqlarını bildirib: "İki il əvvəl qəbiristanlığa yaxın ərazidə yaşayış yerinin də olduğunu öyrəndik. 

Bu istiqamətdə işlər davam etdirilir. Son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələri sıx şəkildə müşahidə olunur. Qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları var. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir”.

Qeyd edək ki, arxeoloji tədqiqat işləri amerikalı mütəxəssislərlə birgə həyata keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM