Azərbaycanda banklara məxsus 12 maşın satıldı

11:02 | 20.01.2018
Azərbaycanda banklara məxsus 12 maşın satıldı

Azərbaycanda banklara məxsus 12 maşın satıldı


 
Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası 16 yanvar 2018-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirdi.

Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "BankStandard” KB-nin balansında olan 1 (bir) ədəd "Mercedes-815” yük avtomobili,1(bir) ədəd "Fiat Doblo Cargo”, 3(üç) ədəd "Mitsubishi Lancer”, 4 (dörd) ədəd "Hyundai Accent” minik avtomobilləri və 1 (bir) ədəd embosser "Matica Z9”  satıldı.

 Həmçinin  ləgv prosesində olan "Atrabank” ASC-nin balansında olan 1(bir) ədəd "Mitsubishi Pajero”, 1(bir) ədəd "Ford Focus” minik avtomobilləri, 1(bir) ədəd HCM (bank avadanlığı) və 1(bir) ədəd embosser "Matica Z3” satıldı. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb