Lider kanalı müflis olub?

11:20 | 22.09.2017
Lider kanalı müflis olub?

Lider kanalı müflis olub?

Lider kanalının müflis  olmaq üzrə olduğu  və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb. 

"Qafqazinfo” xəbər verir ki,  kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur. 

"Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün "Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxlayıb. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: "Gördüyünüz kimi, yeni sezonda  biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”. 

"Qafqazinfo”  kanalın PR meneceri ilə əlaqə saxlasa da, onun telefonuna zəng çatmayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb