Liya Bayramovanın yerinə təyinat olub?

Cəmiyyət 18-05-2018 18:01
Liya Bayramovanın yerinə təyinat olub?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna təyinat olub.

"Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, yeni rəhbər jurnalist Yaqut Məmmədovadır. 

Qeyd edək ki, Y. Məmmədova CBC-də Xəbərlər Departamentinin prodüseri vəzifəsini icra edib.

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, Y. Məmmədova hazırda qurumda konsultant kimi fəaliyyət göstərir, mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmayıb. 

Xatırladaq ki, Səhiyyə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı.

www.anews.az