Lotu Quli azadlığa çıxmasını dostları ilə belə qeyd etdi - VİDEO

10:08 | 22.10.2018
Lotu Quli azadlığa çıxmasını dostları ilə belə qeyd etdi - VİDEO

Lotu Quli azadlığa çıxmasını dostları ilə belə qeyd etdi - VİDEO

Lotu Quli ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov azadlığa çıxmasını dostları ilə birlikdə qeyd edib.

A24.Az xəbər verir ki, bir neçə gün əvvəl Türkiyədə polis tərəfindən saxlanılan avtoritet gecə klublarından birində görüntülənib. Onun yanında çox sayda mühafizəçilərin olması da gözdən qaçmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nadir Səlifov türk polisi tərəfindən saxlanılaraq, barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gün miqrasiya xidmətində saxlanılıb.

Məlumata görə məhkəmə "Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə "Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb