"Lotu Quli" ilə adı hallanan Afaq Aslan ərə gedir

19:57 | 02.09.2018

"Lotu Quli" ilə adı hallanan Afaq Aslan ərə gedir

Cazibədar müğənni Afaq Aslan üçün doğum günü unudulmaz anlarla yadda qalıb.

Doğum günündə sevdiyi insan tərəfindən evlilik təklifi alan müğənni sevincinin həddi-hüdudu olmadığını və toy hazırlıqlarına başladıqlarını bildirib.

Adı azərbaycanlı qanuni oğru, "Lotu Quli” ləqəbli Nadir Səlifovla sevgi macərasında hallanan Afaq Aslan şəxsi həyatını gizli saxlayacaını deyir.

"Bu mənim haqqımdı. Həyatımla bağlı göz önündə, gündəmdə olmağı sevmirəm. Sevdiyim insanın adını gizli saxlayıramsa, bu o demək deyil ki, kim adımı kiminlə istəsə hallandıra bilər. Adımın ailəli insanlarla hallandırılması yolverilməzdir. Sevdiyim şəxs subaydır, mən isə gənc xanımam. Sevib-sevilmək, ailə qurmaq hər bir gənc qızın olduğu qədər, mənim də haqqımdır".
 
(Publika.az )
 

 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM