"Lukaşenkoya dedim ki, Azərbaycana…" – Paşinyan

12:09 | 20.07.2018

"Lukaşenkoya dedim ki, Azərbaycana…" – Paşinyan

Belarusun Azərbaycana "Polonez" raket sistemləri satması Minsk – İrəvan münasibətlərini gərginləşdirib.

Anews.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Belarus və Azərbaycan arasında inkişaf edən hərbi əməkdaşlıq barədə narahatlığını da dilə gətirib:

"Belarus Ermənistanın müttəfiqidir, amma Azərbaycana silah satır. Əlbəttə, bu, bizi narahat edir. Belarusun bu addımı münasibətlərə ağır zərbə vurub, artıq münasibətlərdə problemlər ortaya çıxıb. Bu barədə Prezident Aleksandr Lukaşenkoya da demişəm ki, Azərbaycana silah satmaq münasibətləri zədələyir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb