Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

18:12 | 22.07.2018
Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

Efiopiyanın Cəlilə qəsəbəsində peyğəmbər olduğunu deyən Getayavkal Ayele adlı şəxs ölünü dirildə bilmədiyi üçün həbs edilib.
Anews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Belay Biftu adlı ölünün ailəsinin yanına gedən "peyğəmbər” İsanın "İncil”dəki Müqəddəs Lazarı diriltməsi hekayəsini danışaraq eynisini edə biləcəyini deyib. Ailə Biftunun qəbrindən çıxarılmasına razılıq verib. Sosial şəbəkədə paylaşılan görüntülər zamanı Ayele cəsədin üzərinə oturaraq "Belay, oyan” deyə qışqırıb.
Bəzi ailə üzvləri huşunu itirsə də, seansdan sonra ölü dirilməyib. Bundan əsəbiləşən ailə Ayeleni döyməyə başlayıb. O, polisin müdaxiləsindən sonra ailə üzvlərinin əlindən xilas edilib. Ancaq o, ölülərin narahat edilməsini cinayət hesab edən Efiopiya qanunlarına zidd çıxdığı üçün həbs edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM