Xəbər verildiyi kimi, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabr ayının 6-da dünyasını dəyişib.
AzVision.az-ın məlumatına görə, AzərTAc-ın sorğusuna cavab olaraq, AzərbaycanRespublikasının Los-Ancelesdəki baş konsulluğu bu işlə məşğul olan şirkətə istinadən bildirib ki, görkəmli alimin nəşinin Azərbaycana yola salınması gələn həftənin əvvəlində baş tutacaq.
Bildirilib ki, Lütfi Zadənin nəşi sentyabr ayının 26-da San Fransiskodan yola salınacaq və onun ayın 29-da Bakıya çatması gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !