Mahsun Kırmızıgül Bakıda «Mucize» filmini təqdim etdi

18:13 | 05.02.2015
Mahsun Kırmızıgül Bakıda «Mucize» filmini təqdim etdi

Mahsun Kırmızıgül Bakıda «Mucize» filmini təqdim etdi

Bakıda Mahsun Kırmızıgülün "Mucize" filminə həsr olunan qala gecəsi keçirilib. 

Gecənin qonaqları arasında filmin rejissori və müəllifi Mahsun Kırmızıgül və həmçinin aktyor Ali Sürmeli də olub. Onların gecədəki iştirakı pərəstişkarların böyük sevincinə səbəb olub. 

Aktyor bildirib ki, "Mucize" filmi böyük maraqla qarşılanıb. 

Keçmiş müğənni, hazırda isə yalnız kino sahəsində fəaliyyət göstərən Kırmızıgülün yeni filmi real hadisələr əsasında çəkilib. Hadisələr ucqar Türk kəndində baş verir, kəndə böyük şəhərdən olan bir müəllim gəlir. Kənddə məktəb yoxdur, amma müəllimin sayəsində məktəb tikilir. Süjet davam etdikcə, biz kəndin sakinlərini, onların adətləri və dilləri və filmin əsas qəhrəmanlarından olan Əzizlə tanış oluruq. O uşaqlıqdan ağır xəstəliklə mübarizə aparır, normal həyat yaşaya bilmir, hətta danışmaq qabiliyyəti yoxdur. Məhz hadisələrin sonunda o möcüzəvi məhəbbətə tuş gəlir. 

Qırmızıgül Bakıda olarkən, ona Azərbaycanla bağlı kino çəkən bilərmi sualı ünvanlanıb. Rejissor suala cavabında bildirib ki, məşhur mesenat Tağıyevin həyat hekayəsindən çox təsirlənib. Əgər nə vaxtsa Azərbaycanla bağlı film çəkəsi olsa, film bu tarixi şəxsiyyətlə bağlı olacaq. 

Müəllif: Çinarə Quliyeva

Operator: Aynur Məmmədova

ANN.Az

 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM