"Makedon" özünə qadağa qoydu - AÇIQLAMA

09:00 | 20.08.2018

"Makedon" özünə qadağa qoydu - AÇIQLAMA

Azərbaycan kinosunun Makedonu Aqil Ağacanov bundan sonra televiziyadan gələn heç bir dəvəti qəbul etməyəcək.

Bu barədə "ölkə.az"-a açıqlamasında A.Ağacanov bildirib:

"Axırıncı dəfə iki il əvvəl efirdə olmuşam. Bundan sonra heç bir televiziyaya müsahibə vermək, efirə çıxmaq fikrim də yoxdur".


A.Ağacanov çəkildiyi obrazlara layiqli qiymət verilməməsindən narazılığını da gizlətməyib:

"İki filmə çəkilmişəm, heç məni yada salan olmayıb. Ona görə bu barədə heç danışmaq istəmirəm. Allaha şükür, çörəyimi tapıram, dolanıram, min bərəkət. Bundan sonra mənə heç nə lazım deyil".

Qeyd edək ki, Aqil Ağacanov "Bizim Cəbiş müəllim" filmində Makedon, "Yuxu" filmində isə polis nəfəri obrazlarını canlandırıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb