Makedoniyalı İsgəndərin məzarı tapıldı? - VİDEO

08:45 | 21.07.2018
Makedoniyalı İsgəndərin məzarı tapıldı? - VİDEO

Makedoniyalı İsgəndərin məzarı tapıldı? - VİDEO

"Qara sərdabə" adlanan, dünyanın ən sirli məzarı sayılan məqbərə Misirdə açılıb.

Məqbərədə qara qranitdən yonulan və 30 ton ağırlığı olan tabut vardı.

Ptolomey dövründəki Qədim Misirə şamil olunan artefakt iyulun 1-də İsgəndəriyyə şəhərinin yaxınlığında aşkarlanmışdı.

Qara tabut 5 metr dərinlikdə idi.

Tabutun içində zəhərli qaz olduğu güman edildiyindən onun qapağı qaldırılarkən həmin məkandakı bütün arxeoloqlar təxliyə olunmuşdu.

Qalın əhəng qatı ilə örtülən vaə möhürlənən tabutun içində mərmərdən yonulmuş heykəlin fraqmenti və alebastrdan hazırlanmış kişi başı aşkarlanıb.

Tabutun uzunluğu 2,7 metr, eni 1,5 metr, hündürlüü 1,8 metrdir.

Onun 2 min il əvvəl torpağa basdırıldığı güman edilir.

Tabutda üç mumiya vardı. Tabuta su sızdığından mumiyalar dağılıb.

Misirin Tarix Abidələri İdarəsinin rəhbəri Mustafa əl Vəzirinin dediyinə görə, tabutdakı mumiyalar firon və ya zadəgan qalıqları deyil.

Alimlər tabutda kimlərin dəfn olunduğunu aşkarlamağa çalışırlar.

"Dünyanın ən sirli məzarı" adlanan bu tabutda "fironların lənəti" olduğu iddia olunur. Digər iddialara görə, tabutda Makedoniyalı İsgəndər dəfn edilib.

Mumiyalar İsgəndəriyyədəki Milli Muzeyə aparılıb.

mənbə: milli.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb