Beynəlxalq koalisiyanın Suriyadakı hərbi öhdəlikləri İŞİD terror təşkilatı ilə müharibə başa çatdıqdan sonra yekunlaşacaq.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
"Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib. Bu öhdəliklər İŞİD-ə qarşı müharibənin bitdiyi gün yekunlaşacaq. Mən ABŞ barədə də eyni sözləri deyə bilərəm. Çünki onlar bizimlə birgə əməliyyat keçirilməsi barədə qərar qəbul ediblər və anlayırlar ki, bizim məsuliyyətimiz İŞİD-lə müharibədən də artıqdır. Bura həmçinin əraziyə dair humanitar yardım və sülhün bərpa olunmasına görə də məsuliyyətdir”, - deyə Makron Yeni Zelandiyadan olan həmkarı ilə görüşdən sonra vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !