Makrondan İrana qarşı sərt sözlər

Ərəbistan yarımadasında səfərdə olan Fransa prezidenti Emmanuel Makron İran əleyhinə sərt açıqlama verib.
Publika.az bildirir ki, bu barədə sputniknews.com məlumat yayıb. Makron, Yəməndən Səudiyyə Ərəbistanına atılan raket mərmisinin İran istehsalı olduğunu söyləyib və deyib: "Bu fakt bizə bir daha göstərir ki, İranla imzalanan nüvə sazişi ləğv olunmalıdır. Bu ölkə ilə yeni şərtlər çərçivəsində danışıqlara başlamalıyıq".
Qeyd edək ki, Fransanın dövlət başçısı bu sözləri Birləşmiş Ərəb Əmirliklərində yeddi əmirlikdən biri olan Dubaydakı çıxışı zamanı deyib. Emmanuel Makron
BƏƏ-dən sonra Səudiyyə Ərəbistanına səfər edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər