• $
  • £

Malboro marixuanadan siqaret buraxacaq

Malboro marixuanadan siqaret buraxacaq
29.05.2020 04:29


İri tütün şirkəti olan "Altria Group” Kanadanın marixuana istehsalçısı olan "Cronos Group”un səhmlərinin 45%-ni alıb. "Altria Group” şirkəti "Marlboro” və "Parliament” əmtəə nişanlarına sahib olan "Philip Morris USA”nın ana şirkətidir,  bu haqda "Business Wire” nəşri məlumat verib.

"Bizim "Cronos Group”la eksklüziv əməkdaşlığımıza qoyulan sərmayələr genişlənməkdə olan çətənə bazarında "Altria”nın böyüməsi üçün inanılmaz imkanlar açır”, - deyə şirkətin nümayəndələri bildiriblər.

Qeyd olunur ki, sazişin məbləği təqribən 1,8 milyard dollar təşkil edib. Sazişə əsasən, "Cronos Group”un idarə heyətindəki yeddi yerdən dördünə "Altria Group” sahib olacaq. Həmçinin, yaxın dörd il ərzində tütün şirkətinin biznesdəki payı 55%-ə qədər artacaq.

Oktyabrın 17-də Kanadada marixuananın istifadəsinin tamamilə qanuniləşməsi haqda qanun qüvvəyə minib. Ertəsi gün kanadalılar marixuana satışı ilə məşğul olan saytlara axın edərək, satış mərkəzlərinini açılmasına isə saatlar qalmış növbələrə düzülüblər. Marixuananın istifadəsinin qanuniləşməsindən beş gün sonra bu sahədə ixtisaslaşmış mağazalar artıq marixuananın tükəndiyini bəyan ediblər.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tbilisi Almaniya XİN-ə şifahi nota verib
Dünya 12:59
Tbilisi Almaniya XİN-ə şifahi nota verib

Türkiyə XİN ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Dünya 12:03
Türkiyə XİN ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Rusiya bu ölkələrə ultimatum verib
Dünya 10:50
Rusiya bu ölkələrə ultimatum verib
Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
Dünya 10:00
Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
İran Təhlükəsizlik Şurası: ABŞ müharibədə “tarixi məğlubiyyətə uğrayıb”
Dünya 09:00
İran Təhlükəsizlik Şurası: ABŞ müharibədə “tarixi məğlubiyyətə uğrayıb”
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Dünya 00:14
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Tehrandakı sinaqoq bombalanıb
Dünya 22:28
Tehrandakı sinaqoq bombalanıb
İran Fransa vətəndaşlarını azad edib
Dünya 19:40
İran Fransa vətəndaşlarını azad edib
Dağıstanda regional fövqəladə vəziyyət elan edildi
Dünya 18:20
Dağıstanda regional fövqəladə vəziyyət elan edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol