“Maqa” həbsdən azad olundu

İqtisadiyyat 09-09-2017 12:01
“Maqa” həbsdən azad olundu
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb. Qəzadan əvvəl lüks avtomobili ilə "Qaçqınkom”un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.

Anews.az Musavat.com-a istinadən xəbər verir ki, qəzadan əvvəl Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes-Gelandawagen” markalı avtomobillə Heydər Əliyev porospektində ötüşən "Mazda” markalı, 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində seçilmiş inzibati həbs müddəti başa çatıb.

Avqsutun 7-də həbs edilən M.İsmayılovun 30 sutkalıq inzibati həbs müddəti sentyabrın 5-də başa çatıb və o, azadlığa buraxılıb. 

"Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov "Maqa” ləqəbi ilə tanınırmış. O, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Bildirək ki, bu il avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzanı tördən şəxs Əli Həsənovun nəvəsi olub. Qəza zamanı Nail Allahverdiyevin yanında olan sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. 

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.

www.anews.az