• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Maşın Şouda qalmaqal - Meyxanaçı şounu tərk etdi - VİDEO

Maşın Şouda qalmaqal - Meyxanaçı şounu tərk etdi - VİDEO
12.10.2017 10:48
ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun bugünkü buraxılışında qalmaqal yaşanıb. 

Anews.az baku.ws-a istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar meyxanaçı Samirə Yusifqızını SMS səsverməsinə çıxarıblar.

Samirə xanım səs toplayacağı təqdirdə həmkarı, meyxanaçı Vüqarı oyundan kənarlaşdıracağını bildirib. Şounun xanım iştirakçıları onun bu mövqeyini təqdir edib və tamaşaçılardan Samirənin qalmasına səs istəyiblər. Amma şounun sonuna az qalmış Murad Dadaşov Samirə Yusifqızının oğlunun studioya zəng etdiyini və anasının mövqeyini dəyişməsini, Vüqarı çıxarmamasını xahiş etdiyini bildirib.

Qısa tərəddüddən sonra oğlunun xahişini nəzərə alacağını deyən Samirə Yusifqızına xanım iştirakçılar etiraz edib. Hətta Mehriban Xanlarova və Vüsalə Kərimova sərt şəkildə onu mövqesizlikdə qınayıblar. Bu etirazlardan sonra Samirə Yusifqızı əvvəlki fikrində qaldığını və Vüqarı şoudan kənarlaşdıracağını bildirib. Amma Samirə Yusifqızı yetərincə səs toplaya bilməyib. 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə ona getsin deyib.

Beləliklə, maşın Samirə üçün əldən getdi. Amma o, getməzdən öncə bir məqamı da açılayıb ki, oyunda qalsaydı, Vüqarı deyil, Arif Quliyevi kənarlaşdıracaqdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Cəmiyyət 23:47
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 22:34
Xəzər dənizində zəlzələ baş verib
Azərbaycana payız gəlib
Cəmiyyət 22:29
Azərbaycana payız gəlib
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Cəmiyyət 21:50
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Ələtdə hava limanı bu tarixdə açılacaq
Cəmiyyət 21:30
Ələtdə hava limanı bu tarixdə açılacaq
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Cəmiyyət 19:47
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
Cəmiyyət 19:04
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol