Mayk Pompeo: "ABŞ Gürcüstanın NATO-ya üzv olması üçün çalışır"

Siyasət 24-05-2018 00:37
Mayk Pompeo:
"ABŞ Gürcüstanın NATO-ya qoşulması istiqamətində işlər aparır”.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
 
"Gürcüstanın NATO-ya üzv olması üçün işləyirik”, -deyə M.Pompeo bildirib.

 
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Mixail Canalidze Vaşinqtona səfəri zamanı Gürcüstanın NATO standartlarına uyğun olaraq əhəmiyyətli irəliləyiş əldə etdiyini və İttifaqın iyulda baş tutacaq sammitində bu faktın rəsmi olaraq təsdiq ediləcəyinə ümidvar olduğunu dilə gətirib. O əlavə  edib ki, NATO Gürcüstanın ərazi bütövlüyünün əsas təminatçısıdır.

www.anews.az