Əfsun Hüseynova
" Bizim
hamımızın bir vətəni var-bu Azərbaycan dövlətidir.Azərbaycanlı hər yerdə yaşaya
bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini
unutmamalıdır.Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.Təhsil
ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək,
mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.”
Ulu öndərimiz
Heydər Əliyevin bu aforizmində də vurğulandığı kimi, həqiqətən də mənəvi dəyərlərin
qoruyucusu xalqdır, və yeri gəlmişkən, bu fikrimcə, hər bir xalqa özəldir və dəyişir.Yəni,
təbii ki, xalq elə öz milli-mənəvi dəyərləri varsa, xalq sanbalı daşıyır.Bunun
üçün də,düşünürəm ki, millət öz milli-mənəvi dəyərlərinin fərqinə varmalı,daha
sonra onların hər birini yaşatmalı və bu müddətdə oanları qoruyub saxalaya bilməlidir.Çünki
əksi baş verərsə,yəni hər hansısa bir xalq başına gələnlər ucbatından və yaxud
bu və ya digər səbəbdən öz milli-mənəvi dəyərlərini itirsə,ola biləcəklər barədə
məqalənin irəlidəki hissələrində geniş söhbət açacam.
Hər bir
xalq özü özlüyündə milli - mənəvi dəyərlər sisteminə malikdir.Bunlar bizim
tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz,
ədəbiyyat və incəsənətimizdir.
Məqalənin
bu yerində,məncə, milli-mənəvi dəyərləri anlayış olaraq bir az açsam,daha yaxşı
olar,deyə düşünürəm.Belə ki, mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran,inkişafına
yardımcı olan davranış normalarıdır.Bu normalar elə sivilizasiyanın təməli
artıq qoyulandan başlamışdır.
Bütün
dünya xalqları sırasında Azərbaycan xalqı daha özəl , daha özünəməxsus, daha
dolğun milli-mənəvi dəyərlərinin olması ilə seçilir.Azərbaycan xalqı yaşatdığı
və təbliğ etdiyi bəşəri ideyaları,öz milli adət-ənənə və xüsusiyyətləri ilə
dünya mədəniyyəti müstəvisində çox özünəməxsus yer tutur.Formalaşma
prosesi əsasən orta əsrlərdə baş versə də,
tarixə nəzər salsaq, görə bilirik ki, bir xalq olaraq Azərbaycan bu milli-mənəvi
dəyərlər sistemini özü üçün bir xəzinə hesab etmiş,onu çox böyük səylə əzizləyib əsrlər boyu heç birinə xələl gəlmədən qoruyub saxlaya bilmişdir.Orta
əsrlər demişkən bəzi əxlaq qaydaları məcmusu var ki, bu da öz əksini o dövrə təsadüf
edən 2 sanballı dastanda tapmışdır.Belı ki, "Dədə Qorqud”(XI) və "Koroğlu”(XVI)
kimi böyük əzəməti olan və inanılmaz dərəcədə çox əhəmiyyət kəsb edən türk
dastanlarında "Ya hər şey-ya heç nə ”,
"Məğlubiyyət-ölümdən pisdir”, "Kömək diləmək ayıbdır”, "Qənaət xəsislikdir”,
"Ehtiyatlılıq-qorxaqlıqdır”, "Qonaq Allahındır”, "Ailə müqəddəsdir”, "Söz
verdinsə,əməl elə”, "Qadının namusu toxunulmazdır” kimi orijinal inanc kodekslərini
görə bilirik.Bundan əlavə , Azərbaycan tarixi boyu yaşayıb yaratmış çox görkəmli
ədiblərimiz var ki, onlar yaşayıb yaratdıqları cari dövr ərzində ədəbiyyatımıza
əhəmiyyətli dərəcədə böyük töhfələr vermiş və həmin əsərlərində əsas məqsəd və məqamları məhz milli-mənəvi dəyərlərimizi
vurğulamaq, yazmış olduqları ədəbi incilər vasitəsilə müxtəlif obraz və motivlər
və bədii vaqeələrə bunu oxucularına, dövrünün müasirlərinə və qonşu
xalqlarına oxucu kütləsinə bu sözügedən mədəni sərvətimizi istər-istəməz
aşılamış olmuşlar.Bunlara bariz nümunə kimi, ədəbi nəhənglərimizdən Fizulini,
Nizamini, Nəsimini və s. Göstərmək olar.Çox zəngin bir mədəni -ədəbi irsi olan
bir xalq kimi Azərbaycan üçün bu siyahını istədiyiniz qədər uzatmaq olar.Ancaq,
fikrimcə, məsələn, elə təkcə Nizaminin fəlsəfəsi azərbaycançılığı milli-mənəvi
dəyərlərimizi tam təfərrüatıyla çox rəngarəng motivlər və obrazlar vasitəsilə açır,aşılayır.Yerdə qalan digər
dühalarımız da, təbii ki, ədəbiyyatımıza müxtəlif böyük töhfələr verərək
öz dəyərli inciləri ilə bu sahədə
borclarından, sözün tam mənasında, çıxmışlar.
Bu məqamda
qeyd etməliyəm ki, nisbətən daha əvvəlki dövrlərdə hələ ümumiyyətlə milli-mənəvi
dəyərlərini yaranıb, formalaşıb,təşəkkül tapdığı tapdığı dövrlərdən sonrakı dönəmdə,yəni
daha müasir dövr ədəbiyyatımızın
rastlaşdığı müəyyən çətinliklər ucbatından cari
ədiblər sözügedən dəyərlərimizi
rahatçılıqla,azad bir şəkildə nə işıqlandıra, nə də təbliğ edə biliblər.Amma, bütün
bunlara,manelərə baxmayaraq,Azərbaycan xalqı bir bütün kimi sinəgərə bilmiş,
üstüörtülü də olsa,ədiblər öz əsərlərində bu nüanslara toxuna bilmiş və bu günlərə qədər bizlərə
çatdırılmasına nail ola bilmişlər.Nəzərə alsaq ki, Azərbaycan hal-hazırdakı Azərbaycan
olana qədər bir çox hərbi və ədəbi sıxıntılar çəkməsinə rəğmən bir və ədəbi
sıxıntılar çəkməsinə rəğmən bir millət olaraq, nə olursa olsun onu dünyada fərqli
qılacaq bu irsin qorunmasına nəinki çalışmış, hətta bunun üçün neçə-neçə
repressiya qurbanları vermiş, və yaxud
bu və ya digər şəkildə öz müstəqil mətbuatının, ümumiyyətlə mövcud ola bilməsinə,
bu məsələlərin həm də kütləvi informasiya vasitələrində işıqlanmasına yönəlik səy
göstərmişdir, onda bu yerdə Ulu Öndər
Heydər Əliyevin "Azərbaycan xalqı çox
dözümlü xalqdır” aforizmi lap yerinə düşər,məncə.Yeri gəlmişkən , bu
günkü Azərbaycanın mən deyərdim,banisi Ulu Öndər Heydər Əliyev və sonradan onun missiyasını öhdəsinə götürərək
bu istiqamətdə işlərin daha geniş vüsət almasını təmin edən cənab prezident
İlham Əliyev sözügedən məsələlər üzrə geniş, əhatəli çox əhəmiyyətli işlər
görmüşlər.Məsələn, təkcə elə bunu demək kifayət edir ki, təxminən bütün aspektlərdə
azərbaycançılığa xələl gətirən qüvvələrin orada-burada formalaşaraq baş
qaldırıb Azərbaycana, onun xalqının milli-mənəvi
dəyərlərinə sanki özləri bu millətin
bir parçası deyillərmiş kimi hər cür vəchlə hər mənada zərər vurmaq istədikləri bir dövrdə
Ulu Öndərimizin hakimiyyətə gələrək köklü dəyişikliklərə başladığını, bütün məqamlarla
ayrı-ayrılıqda maraqlandığının ki, şahidi olduq,onda bu fenomen insanın adı çəkilən
hər yerdə işlədilən "xalqın xilaskarı” kəliməsinin pafoslu deyilmədiyini, əksinə
həqiqətən yerinə düşdüyünü görərik.İstər sovet dönəmində, istərsə də, mərhum
prezidentimiz Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycanı parçalamaq istəyi
ilə gözü böyümüş”liderciklər”in müvəqqəti də olsa fəaliyyətdə olduğu dövrlərdə bütün milli-mənəvi
dəyərlərimiz buxovlanmış,kobud,yersiz qadağalarla tamamən ört-basdır
etdirilmişdir.Lakin inkişaf tariximizin o qızıl dönəmində(hesab edirəm ki,
mübaliğəsiz bu elə belə də adlandırılmalıdır.)1969-cu il iyulun 14-ü tarixində
hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev hər şeydən əvvəl bütün mövcud çətinliklərə
sinə gərərək Azərbaycanın bir xalq kimi ictimai özünüdərkindəki qorxunu aradan
qaldırmağı, cəmiyyətin bütün sahələr üzrə gələcək strateji-mənəvi yüksəliş, intibaha ruhlandırmağı bacarmışdır.Odur ki,
Azərbaycan xalqının milli-mənəi irsini ehtiva edən ideyanın-Azərbaycançılığın
inkişaf edə bilməsinə xüsusi diqqət etmişdir.Ulu Öndər Heydər Əliyev 3 tərkib
hissəni özəlliklə qeyd edirdi: dil,din,adət-ənənə.”Hər bir azərbaycanlı öz
milli-mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı-Azərbaycan
dilini, mədəniyyətini,milli-mənəvi dəyərini,adət-ənənələrini yaşatmalıyıq”- deyən
Heydər Əliyev Azərbaycançılığı, milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi,mənəvi
dəyərləri təkcə milli mənsubluğumuzu yox,həm də siyasi varlığımızın - dövlət
quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
O dövr üçün azərbaycançılığa
ən vacib amilin-milli kimliyini və özünü
dərk edən xalqın
bitkin inkişaf konsepsiyasını yaradan Heydər Əliyev həm də bunu çox məharətlə həyata keçirtdi.”Mən
fəxr edirəm ki, azərbaycanlıyam!” aforizmini də, həqiqətən də, bütün qəlbi ilə,
bu fəxarəti duyaraq səsləndirmişdi.Ulu Öndərimizin ən nəzərə çarpan fəaliyyəti o oldu ki, bütün
bölgələrdə tariximizin qədimliyi və zənginliyinin bariz göstəricisi olan tarixi
abidə və eksponatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi məqsədilə
tarixi-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı.Azərbaycan folklorunun, daha dərindən araşdırılması,
aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər
həyata keçirtdi.Vaxtilə qadağalara məruz qalan milli və dini bayramlar, adət və
mərasimlər məhz onun uzaqgörən siyasəti ilə xalqa qaytarıldı.Bunlardan əlavə,
Heydər Əliyev islamiyyətlə bağlı olan dini mərasim və adətlərinin də layiqincə
keçirilməsi üçün uyğun şərait yaratmışdır.1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi
səfər çərçivəsində müqəddəs Kəbə ziyarəti ,mirmövsüm Ağa ziyarətgahında din
xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən
qurulmasına rəvac verməsi özü, sözügedən istiqamətlərdə real bir xalqını sevən
lider olduğunu sübut edirdi.daha bir aforizmində dediyi kimi "Biz öz milli-mənəvi
dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.” Ulu öndərimiz Heydər Əliyev təkcə
bir siyasi lider kimi dəstək vermir, həm də bir xalq ağsaqqalı qismində məhz
xalqın arasında olur, tez-tez milli və dini bayramlarda aidiyyəti məkan və tədbirlərdə şəxsən görünərək
bu məsələlərdə nə dərəcədə səmimi
olduğunu istər-istəməz sübut edirdi.Təsadüfi deyil ki, sözün həqiqi mənasında
Ulu Öndərin zəngin dövlətçilik ənənələrini mərhum prezidentimizin vəfatından
sonra estafeti alan Azərbaycan
prezidenti İlham Əliyev nəinki sadəcə davam etdirmişdir,həm də onun öz hakimiyyət
dövrü daha modern bir dönəmə təsadüf etdiyindən cənab İlham Əliyev daha
geniş,daha çağdaş addımlar atır və milli-mənəvi dəyərlərin qorunması və təbliğatı
üçün öz töhfələrini verir.Və yenə nəzərə alsaq ki, bütün bu ideyaların gerçəkləşməsində
cənab İlham Əliyev ilə birgə onun xanımı Heydər Əliyev Fondunun
prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva da çox geniş əhatəli sosial layihələrlə azərbaycançılığın
inkişafı və intişarı üçün çox böyük əhəmiyyətli
işlər görür, onda görərik ki,azərbaycançılıq milli-mənəvi dəyərlərimizin nəinki
öz mediamız vasitəsilə həmişə öz layiqli təbliğatını tapır, həm də əcnəbi
medianın gündəmində olan ən önəmli məsələlərdən birinin də elə məhz azərbaycançılığın
bütün dünya ölkələrinin diqqətinə çatdırılması olduğunun fərqinə varacaq.Bariz
nümunə kimi "The Times” və s kimi ünlü nəşrlərin gündəminin tez-tez elə sırf azərbaycançılıq,
milli-mənəvi dəyərlər və inkişafın sadəcə işıqlandırılmasını göstərə bilərik.Həmçinin,
baş redaktorunun bilavasitə şəxsən Leyla xanım Əliyeva olduğu məhşur "BAKU” jurnalının əsas qayəsinin məhz milli-mənəvi
dəyərlərin təbliği və azərbaycançılıq olduğunu da qeyd etməyi özümə borc bilirəm.Yerlərdə
də xalqın özü də bu böyük insanların verdiyi motivasiya ilə təsis etdikləri
"YARAT” və s kimi müxtəlif sosial
–ictimai qurum və mərkəzlərdə və tez-tez təşkil olunan sərgilərdə sırf bu məqalənin
mövzusunun-milli mənəvi dəyərlər və azərbaycançılığın aşılanması olduğunu
vurğulamağım da yerinə düşərdi.
Nəhayət,
yekun olaraq, əminliklə deyə bilərik ki, bu gün dünya və milli mediada sözügedən
məsələlər kifayət qədər öz əksini tapır ki, bunun üçün də biz
millət olaraq , ümumiyyətlə başda ulu öndərimiz və cənab prezidentimiz İlham
Əliyev və ailəsinin bu səpkidə geniş səyinə borcluyuq.
Məqalə Heydər Əliyev Fondunun elan etdiyi "Media və milli-mənvi dəyərlər"
müsabiqəsinə təqdim olunmaq üçün nəşr edilir
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !