• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Medvedevə ana söyüşü ilə bağlı müraciət edildi

Medvedevə ana söyüşü ilə bağlı müraciət edildi
21.01.2015 16:07

Rusiyalı rejissorlar kinoda ana söyüşü qadağasına yenidən baxılmasını istəyib. Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.
 
Rusiya kinematoqrafçıları Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevə yazdıqları məktubda bədii əsərlərdə senzuraya uyğun olmayan leksikondan istifadə haqqında qanuna düzəlişlər edilməsini xahiş ediblər. Bu barədə mətbuata kinorejissor Fyodor Bondarçuk açıqlama verib.
 
Kinematoqrafçılar Medvedyevdən mövcud qanunverciliyə "bədii fikri qüvvətləndirmək məqsədilə senzuraya uyğun olmayan ifadələrin işləndiyi filmlərə "18+” məhdudiyyəti qoymaqla prokat hüququnu vermək barədə” düzəlişlər etmək üçün sərəncam verməsini xahiş ediblər.
 
Bondarçukun sözlərinə görə, onun özündən başqa bu məktubu Nikita Mixalkov, Karen Şahnazarov, Sergey Miroşniçemko, Oleq Tabakov və Vladimir Xotinenko da imzalayıb.
 
Məktubda həmçinin "Rusiyada kinematoqrafiyaya dövlət dəstəyi haqqında” federal qanuna görə, filmin senzuraya uyğun olmayan ifadələr istifadə olunduğu təqdirdə prokat hüququndan məhrum olunması məsələsi də xatırladılır.
 
"Göstərilən norma  qəhrəmanların senzuradan kənar ifadələrin işlədərək cəmiyyətin neqativ hallarını realistcə göstərən, yüksək bədii dəyərləri olan kinematoqrafiya nümunəsinin geniş tamaşaçı kütləsinə nümayişinə imkan vermir”- məktubda deyilir.
 
Rejissorlar qeyd ediblər ki, "senzuradan kənar söyüşlər özlüyündə mənəvi mədəni irs hesab olunur”, həmçinin onlar "çirkin məişət söyüşünün yerli-yersiz ekranı doldurmasına" qarşı olduqlarını da yazıblar.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol