Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

20:48 | 17.10.2018
Həbsdə olan video bloqer Mehman Hüseynovun Apellyasiya şikayəti təmin olunmayıb.

Anews.az  BakuPost-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün keçirilən iclasda Qaradağ məhkəməsinin qərarını qüvvədə saxlayıb və o, azadlığa buraxılmayıb.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az

Xəbər lenti