Məhkəmə Palataya yenə "yox" dedi

16:44 | 15.12.2017
Məhkəmə Palataya yenə

Məhkəmə Palataya yenə "yox" dedi

Bakı Apellyasiya Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının iddiasına "yox” deyib.

Söhbət "Başak İnam” sığorta şirkətinin məcburi ləğv edilməsindən və iflas proseduruna başlanılmasından gedir.

Anews.az Fins.az-a istinadən xəbər verir ki, Palata bununla bağlı noyabr ayının 23-də məhkəməyə müraciət edib.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Palatanın ərizəsinə baxılıb və sığorta şirkətinin məcburi ləğvindən imtina edilib. Palata qərarla bağlı apellyasiya şikayəti verib. Dekabr ayının 14-də Bakı Apellyasiya Məhkəməsi işə baxıb və eyni qərarı qüvvədə saxlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM