• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Məktəbin pəncərəsindən özünü atan qızın anası: “Övladıma lesbiyan deyirdilər”

Məktəbin pəncərəsindən özünü atan qızın anası: “Övladıma lesbiyan deyirdilər”
05.04.2019 17:22
Bakıda intihara cəhd edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası baş verənlərdən danışıb.

 
Anews.az xəbər verir ki, bu barədə şagirdin anası Sevil Hüseynova BAKU.WS-ə bildirib ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb.

"Müəlliməsi Çimnaz Hacıyeva da məsələ barədə məlumatlı idi. O, qızımın tərəfini tuturdu. Lakin dəfələrlə direktora da şikayət etmişik. Lakin direktor bu barədə heç bir tədbir görməyib.

Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona "peysər”, "lesbiyan”, "quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, - deyə Sevil Hüseynova bildirib.

Ana deyir ki, məktəbin direktoru şikayət olunmasına baxmayaraq, heç bir tədbir görməyib. Əksinə, uşağa təzyiqlər daha da artıb:

"Qızım hər gün evə gəlib ağlayırdı. Nə baş verdiyini soruşanda da, bir söz demirdi. Bezdiyi üçün özünü öldürmək istəyib. İndi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır”.

Qeyd edək ki, Elina kiçik yaşlarında olarkən anası ilə atası ayrılıb. Sonradan Sevil Hüseynova başqa insanla ailə qurub. İndi onun doğma atası da qızı ilə maraqlanır. Onların münasibəti yaxşıdır. Ögey ata da Elina ilə xoş münasibətdədir. Onunla dost kimidirlər.

Məsələ ilə əlaqədar 162 saylı məktəblə əlaqə saxladıq. Katibə bildirdi ki, məktəbin direktoru Sevinc Abbasova, eləcə də, digər səlahiyyətli işçilər iclasdadırlar. Katibə ümumiyyətlə intihar barədə danışmaq istəmədiyini bildirdi.
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol