Rusiyanın Tümen vilayətində orta məktəb şagirdləri arasında kütləvi dava baş verib.
Anews.az Teleqraf.com-a istinadən istinadən xəbər verir ki, dava qız üstündə olub. Məlumata görə, 14 yaşında olan Roman adlı şagird aşağı sinifdə oxuyan bir qıza vurulub. Günlər keçdikcə Roman sevdiyi qızı rahat buraxmır, rəfiqələrinin yanında olsa belə, onun ətrafından çəkilmir.
Telefonda razılığa gələ bilməyən yeniyetmələr söhbəti davam etdirmək məqsədilə Muzey Parkı adlanan yerdə görüşməyi qərarlaşdırırlar.
Roman 20 nəfər dostu ilə artıq görüş yerində idi. Maksim isə özü kimi 5 çəlimsiz sinif yoldaşı ilə gəlmişdi.
Vəziyyəti belə görən Roman dostları ilə hadisə yerindən uzaqlaşır.
Qeyd edək ki, hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmaması haqda məlumat verilmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !