Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

11:50 | 30.07.2018
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

İyulun 30-da günün ikinci yarısından bakalvr təsili üzrə ixtisas seçimi başlayacaq və bizim saytımızda aktiv olacaq. İxtisas seçimi avqustun 13-nə qədər davam edəcək.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu il bakalvr təhsili üzrə qəbul imtahanlarında 74438 nəfər iştirak edib. Ümumilikdə ixtisas seçimində 91498 nəfər iştirak edəcək.

M.Abbaszadə deyib ki, orta ixtisas üzrə qabiliyyət imtahanları avqustun 9-da yekunlaşacaq. Şura sədri vurğulayıb ki, qeydiyyatdan 8277 nəfər keçib, ancaq 14015 nəfər komissiyada iştirak edəcək. Bu fərq ona görə yaranıb ki, bir nəfər bir neçə komissiyada qabiliyyət imtahanında iştirak edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb