Məleykə Abbaszadə Kamran Əsədovu məhkəməyə verəcək

15:42 | 16.08.2018
Məleykə Abbaszadə Kamran Əsədovu məhkəməyə verəcək

Məleykə Abbaszadə Kamran Əsədovu məhkəməyə verəcək

"Hər bir abituriyentin imtahan nəticəsi yalnız onun razılığı əsasında açıqlana bilər. Üçüncü şəxsə fərdi məlumatlar çatdırıla bilməz".

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb: "Abituriyentin 596 bal toplaması ilə bağlı iddiası qəbul olunmur. Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib".

M.Abbaszadə bildirib ki, bu günə kimi imtahan nəticələrinin saxta olması ilə bağlı DİM-ə nə ərizə, nə də müraciət daxil olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb