Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası.
1922-1943” kitabı "Pergament” Yayın Evi
tərəfindən nəşr olunmuşdur. Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində
aşkarlanıb, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında
milli dövlətçiliyimizin banisi Məmməd Əmin Rəsulzadənin 1922-1943-cü illərdə
mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.
Görkəmli diplomat,
Cümhuriyyət və mühacirət tariximizinin tanınmış tədqiqatçısı Ramiz Abutalıbovun
təşəbbüsü və Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin
Federal Şurasının üzvü Şaiq Məmmədovun dəstəyilə nəşr olunan kitabın elmi
redaktoru Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoru Giorgi
Mamulia, rəyçisi isə Egey Universitetinin professor Yavuz Akpınardır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !