Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

15:50 | 21.06.2018
Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

Minskdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə belaruslu həmkarı Vladimir Makey görüşüb.

Oxu.Az xəbər verir ki, görüş zamanı nazirlər iki ölkə arasında strateji və dostluq münasibətlərini qeyd edib, ikitərəfli əlaqələrin inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparıblar. 

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu gün Minskə rəsmi səfərə gedib. 

Nazir iyunun 21-22-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. 

Səfər çərçivəsində E.Məmmədyarovun bir sıra görüşlər keçirməsi planlaşdırılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb