Məmmədyarovla həmsədrlərin görüşü başladı

14:49 | 18.01.2018
Məmmədyarovla həmsədrlərin görüşü başladı

Məmmədyarovla həmsədrlərin görüşü başladı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla (Rusiya Federasiyası) görüşü başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev "Twitter” səhifəsində məlumat yayıb.

Məlumata əsasən, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə edilir. 

Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM