Mərkəzi Bank uçot dərəcəsini endirdi

15:06 | 09.04.2018
Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsini 13%-dən 11%-ə endirib.

Anews.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bəyan edib.

O bildirib ki, faiz dəhlizinin yuxarı və aşağı həddi +/- 3% səviyyəsində təsdiqlənib:

"Faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.

Bu gün ölkədə inflyasiya birrəqəmlidir və aşağı düşməkdədir.Orta illik inflyasiya 4 faiz təşkil edib. İnflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. Son proseslər makroiqtisadi dayanıqlığın daha da güclənəcəyini göstərir”. 

Qeyd edək ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM