Məşhur "Fendi" brendinin reklamında Azərbaycan sözləri: "Bir gün mənə rəhmin gələcək" - VİDEO

23:30 | 17.10.2018
Məşhur

Məşhur "Fendi" brendinin reklamında Azərbaycan sözləri: "Bir gün mənə rəhmin gələcək" - VİDEO

Məşhur geyim brendi "Fendi"nin reklam çarxında Azərbaycan sözlərindən istifadə edilib. 

Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, dünyaca məşhur geyim brendinin son reklam çarxında səslənən mahnıda "Bir gün mənə rəhmin gələcək" sözləri istifadə olunub. 

"Fendi" brendinin 10 milyondan çox izləyici olan rəsmi Instagram səhifəsində paylaşılan reklam çarxına qısa zamanda minlərlə baxış gəlib. 

Reklam çarxında Azərbaycan sözlərindən istifadə edilməsinin səbəbi ictimaiyətə maraqlıdır. 

Qeyd edək ki, "Fendi" brendi 1918-ci ildə Romada Adelya Kasaqrande tərəfindən xəz-dəri şirkəti olaraq yaradılıb. 1925-ci ildə Eduard Fendi ilə ailə quran Adelya şirkətin adını da Fendi edir.

1932-ci ildə brend Via Pyve də ikinci dükanı istifadəyə verir. 1999-cu ildə şirkətin səhmləri satılır. Hazırda şirkətin səhmləri LVMH (Louis Vuitton Moët Hennessy S.A)-yə məxsusdur.

Hazırda "Fendi" brendinin 25 ölkədə 160 dükanı var.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM