Məşhur Hollivud rejissorunun evini qarət etdilər

22:00 | 18.12.2018
Məşhur Hollivud rejissorunun evini qarət etdilər

Məşhur Hollivud rejissorunun evini qarət etdilər

Hollivud rejissoru və aktyoru Kventin Tarantinonun evinə oğrular girib.

"Ölkə.Az” xəbər verir ki, Tarantinonun Los-Ancelesdəki evinə iki oğru girib və rejissor onlara hücum etsə də, oğrular aradan çıxıb.

"TMZ”nin xəbərinə əsasən, gecə saatlarında Tarantino evdə kişi səsləri eşidib və otağından çıxıb. Bu zaman o, oğrularla rastlaşıb. Amma onların qarşısını kəsə bilməyib.

Qarətçilər evə pəncərədən giriblər və qiymətli əşyaları, zinət əşyalarını götürərək aradan çıxıblar. Hazırda polis müşahidə kameralarına baxaraq oğruları müəyyən etmək niyyətindədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb