Məşhur müğənninin 14,5 milyon vergi borcu var

18:52 | 09.12.2018
Məşhur müğənninin 14,5 milyon vergi borcu var

Məşhur müğənninin 14,5 milyon vergi borcu var

İspaniyada ulduz futbolçulardan sonra dünyaca məşhur müğənni vergidən yayınmaqda ittiham olunur.


Qaynarinfo xəbər verir ki, pop-ulduz Şakiranın 14,5 milyon vergi borcu olduğu və bu səbəbdən barəsində istintaq başladığı bildirilir.


"Barselona" və İspaniya millisinin üzvü Cerard Pike ilə evli olan kolumbiyalı müğənni 2011-2014-cü illərdə Barselonada yaşayarkən sənədlərlə özünü Baham adalarında yaşayırmış kimi göstərib və bununla da külli miqdarda vəsaiti vergidən yayındırıb.


İspaniya qaydalarına görə, ən azı 183 gün ölkədə qalan şəxslər dünya miqyasında əldə etdiyi gəlirdən vergi ödəməlidi.


Şakira bu ilin fevralında vergi idarəsinə borclu olduğu 32 milyon avronu ödəmişdi. Amma indi onun daha 14,5 milyon avro borcunun olduğu müəyyənləşib.


Qeyd edək ki, Pike və Şakira 2010-cu ildə evlənib. Onların iki oğlu var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM