Məşhur serial aktyoru HƏBS EDİLDİ - FOTO

Dünya 23-03-2018 09:47
Məşhur serial aktyoru HƏBS EDİLDİ - FOTO
İstanbulun Ataşehir rayonunda bir kafedə narkotikə qarşı həyata keçirilən əməliyyatda 5 şübhəlidən 3-ü saxlanılıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, saxlanılardan biri məşhur serial aktyoru Adnan Koç olub.

Digər iki şəxs isə aktyorun doğma qardaşları olub. 

Məhkəmə qarşısına çıxarılan Adnan Koç və qardaşları narkotik alqı-satqısında təqsirli bilinərək azadlıqdan məhrum ediliblər.

www.anews.az