Messi “Qızıl Top”a namizədlərini açıqladı

18:42 | 13.02.2018
Messi “Qızıl Top”a namizədlərini açıqladı

Messi “Qızıl Top”a namizədlərini açıqladı

"Barselona”nın və Argentina millisinin hücumçusu Lyonel Messi bu il üçün "Qızıl Top” mükafatı uğrunda rəqiblərini açıqlayıb.

Anews.az xəbər verir ki, son 10 ildə mükafatı "Real”ın hücumçusu Kriştyanu Ronaldu ilə bölüşən Leo xarici mətbuata açıqlamasında bu il mükafat uğrunda mübarizənin daha gərgin keçəcəyini bildirib:

"Hazırda dünyada "Qızıl Top”u qazana biləcək çox oyunçu var. Son illərdə iki futbolçu arasında bölüşdürüldü, ancaq indi Neymar, Kilyan Embape və Luis Suares kimi oyunçular da əsas namizədlərdir”.

Messi cari mövsümdə şans qazandığı 36 oyunda 27 qol vurub, 14 məhsuldar ötürmə edib.

Xatırladaq ki, son 10 ildə "Qızıl Top” mükafatını ancaq Lyonel Messi və Kriştyanu Ronaldu qazanıb. Argentinalı və portuqaliyalı hücumçular hərəyə beş dəfə bu mükafata yiyələniblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb